Azərbaycanlı fəalın atası Cəbrayıl Pakruh Təbrizdə rejimin Baş və İnqilab Prokurorluğuna çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Fərhad Pakruhun atası Cəbrayıl Pakruh elektron bildiriş alaraq yaxın 5 gün ərzində özünü “yalan yaymaq” ittihamından müdafiə etmək üçün Təbrizdə rejimin Baş və İnqilab Prokurorluğunun 1-ci şöbəsinə getməlidir.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən cənab Pakruh xəstəxana yatağından lentə alıb yayımladığı videoda əvvəlki həbs prosesi və polis əməkdaşlarının təhdidləri barədə məlumat verib.

Cəbrayıl Pakruh deyib: “Təəssüflər olsun ki, məhkəmə sisteminin ədalətsizliyi və İslam Respublikası sisteminin səmərəsizliyi ucbatından qardaşım Əsəd və oğlum Fərhad törətmədikləri cinayətə görə hər biri 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Qardaşım hazırda həbsdədir, Fərhad da hökmü icra etmək üçün çağırılıb və mən də cəzama görə iyirmi milyon tümən pul ödəmişəm. Biz haqq-ədalət axtarırıq və Allah qoysa, bir gün bu gerçəkləşəcək”.

Video:

https://t.me/GADTB1/35719

Həmçinin yoxlayın

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın hərbçiləri görüşdü

GADTB: Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan …

“Traxtur”un çempionluğu münasibətilə 200 məhbus azad edildi

GADTB: Güney Azərbaycanın “Traxtur” komandasının çempionluğu münasibətilə Təbriz, Zəncan, Urmiya və Ərdəbil şəhərlərinin həbsxanalarında saxlanılan …