Şənbə , İyul 24 2021
azfa

Azərbaycanlı fəallar Ərdəbildə qrafitlərlə azərbaycanlı siyasi məhbus Mehrdad Şeyxiyə dəstək aksiyası keçirdilər

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı fəallar Ərdəbildə mayın 28-də azərbaycanlı siyasi məhbus Mehrdad Şeyxiyə dəsətk aksiyası keçiriblər.

Bu məqsədlə fəallar şəhər küçələrinin divarlarına Ərdəbil zindanında həbsdə saxlanılan siyasi məhbusun qrafitlərini çəkiblər.

Azərbaycanlı fəallar bu vasitə ilə İranın məhkəmə sistemi və zindan məsullarının siyasi məhbusa qarşı olan ədalətsizliklərinə etirazlarını bildiriblər. Onlar  azərbaycanlı siyasi məhbus Mehrdad Şeyxiyə bu şəkildə dəstəklərini ifadə ediblər.

Azərbaycanlı fəallar divarlara “Azərbaycanlı siyasi məhbusların səsi olaq” və “#Mehrdad Şeyxi” şüarlarını yazıblar.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi fevralın 27-də məhkəmə qərarlarının icrası idarəsindən aldığı bildiriş əsasında 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına salınıb.

Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarda iştirak etdiyinə görə saxlanılıb.

O, 2019-cu il, noyabrın 20-də Ərdəbildə atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb, 11 gün təcridxanada saxlanıldıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Ərdəbil İnqilab Məhkəməsi M.Şeyxiyə “sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə 1 il həbs cəzası verib. Lakin Apellyasiya Məhkəməsi bu müddəti  6 aya endirib.

Həmçinin yoxlayın

GADTB başqan müavini Eldar bəy Qaradağlının etirazlarla bağlı Azərbaycan Türk Millətinə çağırışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqan müavini …

Ermənistan ordusu atəşkəsi pozdu; azərbaycanlı əsgəri şəhid oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin …