Azərbaycanlı fəallar Ərdəbilin bir sıra kəndlərinin təhrif olunmuş adlarını bərpa etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil bölgəsindı bir qrup azərbaycanlı fəal Ərdəbil bölgəsinin kənd və ətraf ərazilərinin təhrif olunmuş adlarının lövhələrini dəyişdiriblər.

Azərbaycanlı milli fəallar adları təhrif edilərək farslaşdırılmış aşağıdakı kəndlərin lövhələrində adlara düzəliş ediblər:  

Qalacıq (Qəlecuq)

Himəlavar (Həmlabad)

Xoşgörü (Xoşkerud)

Ağmiyan (Əmuqin)  

Dəyulə (Dəyuləq)

Azərbaycanlı fəallar “Öz yurdum – öz adım” kampaniyasına start verməklə irqçi fars rejimin təhrif etdiyi Azərbaycan toponimlərini bərpa etməyə çalışırlar. Qeyd edək ki, irqçi fars rejim hələ pəhləvilərin hakimiyyətə gəlişindən bu yana Güney Azərbaycanda Azərbaycan Türk Millətinin dili, kimliyi və mədəniyyətini təhrif etmək məqsədilə türk mənşəli yer adlarını dəyişdirib təhrif etmişlər.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …