Şənbə , Noyabr 27 2021
azfa

Azərbaycanlı fəallar “Azadlıq, ədalət, Milli Hökumət” şüarı ilə Təbriz küçələrini bəzədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar Təbrizdə 24 iyul etirazında səsləndirilən “Azadlıq, ədalət, Milli Hökumət” şüarı ilə Təbriz şəhərinin müxtəlif yerlərini bəzəyiblər.

Avqustun 20-də üç rəngdə hazırlanan həmin qrafit şüar bütün şəhərdə geniş şəkildə divarlara və müxtəlif yerlərə yazılıb.

Qeyd edək ki, iyulun 24-də Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə əl-Əhvaz etirazlarına dəstək və Güney Azərbaycanın istismar edilməsinə etiraz olaraq möhtəşəm etiraz yürüşü keçirilmişdi. Etiraz aksiyasında onlarla azərbaycanlı fəal İran rejimi tərəfindən yaxalanmışdı.

Etiraz aksiyada səsləndirilən müxtəlif şüarlar arasında ən çox bəyənilən və xalq arasında geniş yayılan şüar “Azadlıq, ədalət, Milli Hökumət” şüarı olub.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …