Azərbaycanlı fəallar Cəfər Rüstəmirad və Yusif Kari yeni bölməyə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirus təhlükəsi bitməsinə baxmayaraq mzuniyyətdən zindana qaytarılan azərbaycanlı milli-mədəni fəallar Cəfər Rüstəmirad və Yusif Kari yeni bölməyə köçürülüb.

Azərbaycanlı fəallar Rüstəmirad və Kari mayın 21-də barələrində çıxarılmış həbs cəzasının qalan hissəsini çəkmək üçün təcridxanaya qayıdıblar.

Cəfər Rüstəmirad ailəsi ilə qısa telefon əlaqəsində Evin zindanının 4-cü bölməsindən 8-ci bölməsinə köçürüldüyünü bildirilir.

Rüstəmirad 2018-ci ilin iyul ayında Babək Qalası Qurultayında iştirak etməsi ehtimal olunduğu üçün təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır. Rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən fəalın hökmü Tehranda rejimin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb. 

Fəal 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının görüşü zamanı stadionda saxlanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib. onun 7 aylıq həbs qərarı da icraya qoyulub.

Digər milli fəal Yusif Kari də ailəsi ilə qısa telefon əlaqəsində Ərdəbil mərkəzi həbsxanasının 16-cı bölməsindən təhlükəsizlik İdarəsinə məxsus olan 7-ci bölməyə köçürüldüyünü bildirib. Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani də hazırda həmin bölmədə saxlanılır.

Yusif Kari martın 31-də vəsiqə girov qoyaraq müvəqqəti zaminə buraxılmışdı.

Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən yaxalanmışdır. Fəal sonralar rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilib, lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Həmçinin yoxlayın

İsrail Mehrabad aeroportunda SEPAH-ın Qüds Qüvvələrinin Hizbullaha silah daşıyan 16 təyyarəsini məhv edib

GADTB: İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad hava limanında SEPAH-ın Qüds Qüvvələrinin 16 təyyarəsini məhv …

Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir

GADTB: Son hadisələr fonunda Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək üçün mərhələli planlar hazırlanır. …

Bir cavab yazın