GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Ana Dili Günü ilə eyni zamanda Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar yeni ilin türkcə təqvimini hazırlayib, çap edərək yaydılar.
Hazırlanan təqvimdə ayların adı türkcə verilib. Təqvim həmçinin Azərbaycan Milli Hərəkatının milli tələblərini əks etdirən şüarlar, o cümlədən “Ana dildə mədrəsə, olmalıdır hər kəsə” və türkcə şeirlərlə də bəzədilib. Təqvimin azərbaycanlıların iş yeri və evlərində asılmalı fars rasizmi qarşısında mədəni müqaviməti nümayiş etdirməkdədir.
Təqvimdə həmçinin türkcə mənalı cümlələr öz əksini tapıb: “Azadlıq və ədalət uğrunda çalışanlara hər şeydən önəmli düşüncə, iman və cəsarət lazımdır.
Hər bir əmiyyətin sənaye, incəsənət, elm və texnologiya sahəsində inkişafı ictimai güvənliyə, xüsusilə şəxsi, qrup, qələm və əqidə azadlığına bağlıdır”.
Qeyd edək ki, keçən il də azərbaycanlı fəallar türkcə təqvim hazırlamışdılar. Lakin rasist və işğalçı fars rejim təqvimi hazırlayan azərbaycanlı fəalları həbs və işgəncəyə məruz qoymuşdur.