Cümə axşamı , Dekabr 5 2024
azfa

Azərbaycanlı fəallar həbs edilərək zindana köçürülürlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları 2022-ci il kütləvi etiraz aksiyalarında iştirak edən azərbaycanlı fəallar Pejman İslami və Əlirza Şirdel həbs ediblər.

Həbs edilən fəallar öncədən xəbərdarlıq ediləmədən və çağırış vərəqəsi göndərilmədən Pejman İslami Təbriz, Əlirza Şirdel isə Həmədan şəhərinin həbsxanasına köçürülüblər.

“Hakimiyyətə qarşı fəaliyyət” ittihamı ilə saxlanılan Pejman İslami və Əlirza Şirdel dünən həbs olunaraq Təbriz və Həmədan şəhər həbsxanalarına köçürülüblər. Qeyd edək ki, bundan əvvəl Təbriz İnqilab Məhkəməsi “hakimiyyətə qarşı fəaliyyət” ittihamına görə Pejman İslamini 5 il, Əlirza Şirdeli isə 2 il müddətinə azadlıqdan məhrum edib

Həmçinin yoxlayın

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …

Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası …