Cümə , Sentyabr 13 2024
azfa

Azərbaycanlı fəallar Meşginşəhr rejimin Prokurorluğuna çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi zərbaycanlı fəallardan “Kazım Səfabəxş Giglo”, “Siyamak Seyfi Vəcni”, “Saman Bidar Əcirlu” və “Salar Mahdipur Kəleybrəi”yə bildiriş göndərərək, onları Meşginşəhrdə İnqilab Prokurorluğuna çağırıb.

Rejimin Məhkəmə orqanının üçüncü şöbəsi tərəfindən verilən çağırışda bildirilib ki, həmin fəallardan milli təhlükəsizliyi pozmaq və ictimai asayişi pozmaq ittihamı ilə bağlı izahat almaq üçün beş gün ərzində bu şöbəyə gəlmələri, əks halda həbs olunacaqları bildirilib.

Qeyd edək ki, bu azərbaycanlı fəallar 2024-cü il iyulun 14-də günorta saatlarında Savalan zirvəsinə gedərkən həbs edilib və bir neçə saatdan sonra sərbəst buraxılımışdılar.

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …