Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı fəallar Şeyx Məhəmməd Xiyabanı qiyamının ildönümünü qeyd ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup tanınmış azərbaycanlı milli-mədəni fəal Şeyx Məhəmməd Xiyabanı qiyamının 98-ci ildönümü münasibəti ilə anım mərasimi keçiriblər.

Təbriz şəhərinin Məşrutə Evində aprel ayının 6-da keçirilən mərasimə bir çox tanınmış azərbaycanlı fəal, o cümlədən tanınmış fəal Həsən Dəmirçi də qatılıb. Fəallar Şeyx Məhəmməd Xiyabanı hərəkatı barədə çıxış ediblər.

Qeyd edək ki, Şeyx Məhəmməd Xiyabanı 1880-cı ildə Təbrizin Xaminə şəhərində dünyaya göz açmış və uzun illər mübarizədən sonra 1920-ci il sentyabrın 13-də Təbrizdə şəhid olub. Onun məzarı Təbrizdə olmadığı üçün fəallar onun anım mərasimini Təbrizin Məşrutə Evində keçiriblər

 

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …

Bir cavab yazın