Azərbaycanlı fəallar Sulduz şəhərində yüzlərlə türkcə kitab payladılar

GADTB: dünən bazar ertəsi, sentyabrın 30-da Azərbaycan Milli Hərəkatının fəalları Qərbi Azərbaycandakı Sulduz məktəblərinin önündə uşaqlara yüzlərlə türkcə kitab payladılar. Bu vasitə ilə onlar molla rejimin türk dilində təhsili qadağan etməsinə etiraz ediblər.

Həmçinin son günlər Təbriz və Ərdəbildə milli fəallar türkcə kitablar paylayıb və İranda mövcud təkdilli sistemə qarşı minlərlə etiraz posteri çap edib, paylayıb və divarlara yapışdırıblar.

Qeyd edək ki, hər il həm yeni təhsil ilinin başlanması, həm də 26 Azərdə Azərbaycan türkcəsində kitablar fars şovinistləri tərəfindən yandırılması münasibətilə Güney Azərbaycanda azərbaycanlı fəallar türkcə kitablar paylayırlar.

Video:

https://t.me/GADTB1/37648

Həmçinin yoxlayın

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın hərbçiləri görüşdü

GADTB: Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan …

“Traxtur”un çempionluğu münasibətilə 200 məhbus azad edildi

GADTB: Güney Azərbaycanın “Traxtur” komandasının çempionluğu münasibətilə Təbriz, Zəncan, Urmiya və Ərdəbil şəhərlərinin həbsxanalarında saxlanılan …