Çərşənbə axşamı , İyul 8 2025
azfa

Azərbaycanlı fəallar Sulduzda divarlara milli şüarlar yazıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində azərbaycanlı fəallar divarlara milli şüarlar yazıblar.

Onlar bu vasitə ilə molla rejimin Güney Azərbaycana qarşı müstəmləkəçilik və ayrı-seçkilik siyasətinə, eləcə də qadın hüquqlarını pozmasına etiraz ediblər.

İran rejiminin Güney Azərbaycan bölgəsinə və millətinə qarşı ayrı-seçkilik və şovinist siyasətinə, milli-ictimai fəalların həbs edilməsinə etiraz edən güneyli fəallar divarlara şüarlar yazıblar.

Onlar divarlara “Azadlıq, Ədalət, Milli Hökumət”, “Azərbaycan qızları, göylərin ulduzları” və s. şüarlar yazıblar.

Həmçinin yoxlayın

İsrailin İrana hücumunda ölənlərin sayı 1060-ı keçdi

GADTB: İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Bu barədə İranın …

Washington Post: “Evin zindanından İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi”

GADTB: Amerika mənbələri, o cümlədən Washington Post qəzeti Tehrandakı Evin həbsxanasının İslam Respublikasının İsrailə qarşı …