Çərşənbə axşamı , Aprel 14 2026
azfa

Azərbaycanlı fəallar Təbrizdə Azərbaycanın müstəqilliyinin bərpası gününü qeyd etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 18-i Azərbaycan Respublikasının müstəqilliyinin bərpası günü Güney Azərbaycanda da qeyd olunub.

Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Təbriz şəhərinin bir neçə yerində əhali bütün məhdudiyyətlərə baxmayaraq bu günü qeyd etməyə çalışıblar.

Onlar Azərbaycan bayrağının rəngləri ilə bəzədilmiş şirniyyat və tortlar hazırlayaraq əhali arasında paylayıblar.

Azərbaycanlı filli-mədəni fəallar şirniyyat paylamaqla yanaşı Azərbaycan, müstəqilliyin bərpası günü və Qarabağ haqda məlumatlar veriblər.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …