Cümə , Noyabr 14 2025
azfa

Azərbaycanlı fəallar Urmiya gölü ilə bağlı etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, iyulun 7-də bir qrup azərbaycanlı fəal Urmiya gölünün qurumuş yatağında etiraz aksiyası keçiriblər.

Aazərbaycanlı fəallar millət vəkillərinə xitabən yazılmış istehzalı baner qaldırıblar. Onlar bununla da millət vəkillərinin problemə laqeyd münasibətini tənqid ediblər.

Qeyd olunub ki, həmin şəxslərin də ekoloji problemin dərinləşməsində rolu var.

Azərbaycanlı fəalların nümayiş etdirdiyi bannerdə yazılıb: “Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinin İran parlamentində olan nümayəndələrinə qeyri-standart bəndlərin tikintisinə və gölün ortasından yol çəkilməsinə razılıq verdikləri, nəticədə Urmu gölünü qurutduqları üçün təşəkkür edirik”.

Molla rejiminin məmurları dinc aksiyaçılara hücum edib və onları məcburi şəkildə bölgədən uzaqlaşdırıblar.

Qeyd edək ki, irqçi fars-molla rejimi gölə tökülən çayların qarşısında bənd tikməklə gölün qurumasına səbəb olub. Əhalinin ciddi etirazlarından sonra gölün bərpasına söz verib. Lakin hələ də ciddi nəticə yoxdur.

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …