
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal Urmiyada yenicə azadlığa çıxan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ilə görüş keçirib.
Tehranın Evin zindanından azadlığa çıxan Əlirza Fərşi ilə dünən fevralın 22-də görüş keçirilib.
Görüşdə azərbaycanlı milli-mədəni fəallar ana dili məsələsi, Qərbi Azərbaycan əyalətindəki durum və Xoy zəlzələsindən zərər çəkənlərə yardım yolları barədə danışıblar.
Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. O, fevralın 8-də Tehranın Evin həbsxanasından buraxılsa da, barəsində çıxarılan iki il sürgün cəzası qüvvədə saxlanılıb.