Cümə axşamı , Fevral 12 2026
azfa

Azərbaycanlı fəallar Xoy şəhərinin məktəblərində şagirdlər arasında türkcə kitablar payladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Xoy şəhərində təhsil müəssisələrinin açılışı münasibətilə azərbaycanlı fəallar şagirdlər arasında türkcə kitablar payladı.

Həmin tədbir “Hər azərbaycanlı şaghird üçün türkcə bir kitab” kampaniyası adı altında keçirilib. Bunun üçün Xoy şəhərində azərbaycanlı milli-mədəni fəallar çərşənbə günü məktəblərə gedərək şagirdlər arasında türkcə kitablar paylayıblar.

Azərbaycanlı fəalların keçirdiyi bu aksiya əhalinin rəğbətilə qarşılanıb. Fəallar bu aksiyanı rejimin türk dilində təhsilə qoyulan qadağaya qarşı etiraz üçün keçiriblər.

Keçən ildən başlayan kampaniya Güney Azərbaycanın əksər şəhərlərində, xüsusilə Ərdəbildə daha geniş şəkildə keçirilmişdir.

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın