Şənbə , İyul 24 2021
azfa

Azərbaycanlı fəallardan İran rejiminin müstəmləkə siyasəti və Azərbaycanın sərvətlərinin talanmasına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəallar irqçi fars rejimin  Güney Azərbaycana qarşı müstəmləkə siyasəti, yoxsulluq və Azərbaycan mədənlərinin talanmasına etiraz olaraq geniş şəkildə divarlara şüarlar yazıblar.

Mayın 7-də Təbrizin müxtəlif bölgələrində divarlara hökumətin iqtisadi siyasətinə qarşı etiraz şüarlar yazılıb.

Azərbaycanlı milli-mədəni fəallar İran rejiminin Güney Azərbaycana qarşı müstəmləkə siyasətinə etiraz məqsədilə o cümlədən “Torpağı qızıl dəyərində olan Azərbaycan xalqı yoxsulluq içində yaşayır, zibil qutularında yemək axtarır” kimi şüarlar yazmışlar.

Qeyd edək ki, irqçi fars rejim müstəmləkəçi siyasətlə Güney Azərbaycanda Azərbaycan türk millətini bütün milli və təbii hüquqlarından məhrum etməklə yanaşı, həm də Azərbaycan türk millətinin bütün yeraltı sərvətlərini talamaqla əhalini yoxsulluq və bədbəxtliyə düçar edib. Bu isə haqlı olaraq azərbaycanlı milli-mədəni fəalların etirazı ilə qarşılaşır.

Həmçinin yoxlayın

Əlirza Fərşinin həbsindən 1 il keçir; Beynəlxalq Əfv Təşkilatı fəalı dərhal azadlığa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehranda həbs etdiyi türk dil …

GADTB başqan müavini Eldar bəy Qaradağlının etirazlarla bağlı Azərbaycan Türk Millətinə çağırışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqan müavini …