Şənbə , May 17 2025
azfa

Azərbaycanlı fəalların ədalətsiz məhkəmə qərarı olduğu kimi təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Güney Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı milli-mədəni fəallar Milad Əkbəri, Murtaza Pərvin və Əkbər Cahangiri barəsində çıxarılan ədalətsiz məhkəmə qərarını iyun ayının 7-də olduğu kimi təsdiqləyib.

Qeyd edək ki, rejimin Kəleybər şəhərindəki Məhkəməsi Milad Əkbəri, Murtaza Pərvin və Əkbər Cahangirini ədalətsizcəsinə “Babək qalası” mərasimində iştirak etdiklərinə görə, qanunsuz yığıncaqda iştirak edərək, qeyri-ənənəvi şüarlar səsləndirməklə guya ümumi asayişi pozmaqda günahlandırmışdır. Rejimin məhkəməsi çıxardığı qərarda həmin 3 nəfər azərbaycanlı fəalı 4 ay həbs və 40 şallaq zərbəsini əvəz edən nağd cərimə ödəməyə məhkum edib. Keçirilən Apelyasiya Məhkəməsi isə həmin ədalətsiz qərarı qüvvədə saxlayıb.

Azərbaycanlı fəallar məhkəmə prosesi zamanı müdafiə mətnlərini Azərbaycan türkcəsində yazmışlar. Aprelin 4-də Azərbaycan türkcəsində məhkəməyə təqdim olunan müdafiə mətnləri hakim tərəfindən qərəzli şəkildə “anlaşılmaz mətn” adlandırılmışdı.

Fəallar 2017-ci il iyunun 30-da Azərbaycanın milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi üçün Babək qalasına toplaşmışlar. Həmin üç fəalla yanaşı daha 10 nəfər yaxalanmışdı.

Həmçinin yoxlayın

İran və Avropanın böyük dövlətlərinin rəsmiləri İstanbulda görüşüblər

GADTB: Bu gün İran XİN rəhbərinin müavinləri Kazım Qəribabadi və Məcid Təxt Rəvançi İstanbulda üç …

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın hərbçiləri görüşdü

GADTB: Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan …

Bir cavab yazın