Çərşənbə , Oktyabr 9 2024
azfa

Azərbaycanlı fəalların İranda pulun üzərində türkcə şüarları geniş əks etdirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəalların İran pul əsginaslarına və pulu əvəz edən çeklərə xüsusi hazırlanmış möhürlər vurmaları Azərbaycan saytlarında da maraqla əks etdirilib.

Azərbaycan saytları yazırlar ki, çox sayda çek və əsginasın üzərində “Yaşasın Azərbaycan” şüarı möhür şəklində əks olunub.

Qeyd edək ki, fars şovinizminə qarşı oxşar tədbirlərə bundan əvvəl də rast gəlinib. Bir müddət əvvəl İranın təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillər haqda neqativ sözlər dedikdən sonra pul əsginazlarına milli şüarlar yazılıb. Bu proses bəzi məntəqələrdə hələ də davam edir.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …