Cümə axşamı , May 30 2024
azfa

Azərbaycanlı fəalların molla rejimi tərəfindən qeyri-müəyyən vəziyyətdə həbsi dördüncü aya keçib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəalların molla rejimi tərəfindən qeyri-müəyyən vəziyyətdə həbsi dördüncü aya keçib.

Azərbaycanlı fəallar Murtəza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Kərəm Mərdanə, Səid Camalzadə, Baqir Hacızadə, Aidə Sədiqi, Fatimə Atəşi, Soheyla Əsgəri və Ayaz Seyfxah bu gün, mayın 18-də həbslərinin dördüncü ayına daxil olublar.

Fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli fəal Murtaza Pərvin fevralın 11-də Evin həbsxanasının təcridxanasına köçürülüb.

Molla rejimin həbs edib Evin zindanına köçürdüyü bir neçə başqa azərbaycanlı fəalın da həbs müddətlərinin uzadılması güman edilir.

Evin zindanında saxlanılan azərbaycanlı milli fəallar Səid Camalzadə, Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Tahir Nəqəvi, Kərəm Mərdanənin isə həbs müddətləri artıq dördüncü aya qədəm qoyub.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əcəbşer şəhərindən olan azərbaycanlı fəal Sina …

Molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən …