Azərbaycanlı fəalların zindanda qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılmasından 5 ay keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Güney Azərbaycan Milli Hərəkatının fəalları Ayaz Seyfxah, Araz Əman, Murtaza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Baqir Hacızadə və Əbdüləziz Əzimi Qədimin qeyri-müəyyən vəziyyətdə Evin zindanında saxlanılmasından beş ay keçir.

Həmin azərbaycanlı fəalların cari il fevralın 5-i və 6-da molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilməsindən beş ay keçməsinə baxmayaraq, onlara hələ də vəkillə görüşə və girov qarşılığında zaminə buraxılmalarına icazə verilmir.

Qeyd edək ki, azərbaycanlı milli fəallar molla rejimin ETTELAAT orqanlarının müdaxiləsi və məhkəmə orqanlarının maneələri nəticəsində hələ də zaminə buraxılmırlar.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı milli fəal …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil döyülərək zindanın karantin bölməsinə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Tehrandakı Evin zindanında həbsdə saxladığı azərbaycanlı …