Cümə axşamı , Dekabr 2 2021
azfa

Azərbaycanlı gəncin Azərbaycan-Türkiyə arasında “ana dili hüququ” şüarı ilə velosiped yürüşü davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı gənc Əli Həmzəzadə Antalyadan başlayaraq Azərbaycan-Türkiyə arasında velosiped yürüşünə davam edir.

Antalyanın Akdeniz Universitetindən hüquq üzrə doktorant olan Əli Həmzəzadə iyulun 21-də “Özgürlük yolçusu” adı altında Antalyadan Qarabağa doğru velosiped yürüşünə başlayıb.

O, avqustun 1-də Ankara şəhərinə çatıb. “Əsri” qəbristanlığına və Anıt Məzar Kompleksinə gedərək, Məhəmməd Əmin Rəsulzadə və Mustafa Kamal Atatürkün məzarlarını ziyarət etdikdən sonra yoluna davam edib.

Əli Həmzəzadənin yürüşdən məqsədi Güney Azərbaycanı tanıtmaq və Güney Azərbaycanda ana dillərində təhsil hüququndan məhrum azərbaycanlı uşaqlara türkcə kitab alıb vermək üçün imkan sağlamaqdır.

Həmzəzadə həmçinin yol boyu Türkiyə, Gürcüstan və Azərbaycanın təbiət görüntülərindən ibarət sənədli film hazırlamağı da qarşıya məqsəd qoyub. Onun məqsədi Azərbaycan və Türkiyə türklərinin qardaşlığını və birliyini göstərməkdir.

Azərbaycanın Əhər şəhərindən olan gənc azərbaycanlı velosipedlə yürüş boyu Azərbaycan, Türkiyə və Traxtur klubunun bayraqlarını daşıyır.

Həmçinin yoxlayın

Qarabağdakı separatçılar qışdan çıxmaq üçün Bakıdan qaz istəyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı separatçılar qışdan rahat çıxmaq üçün Bakıdan qaz …

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …