
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycandan olan güləşçi Asiya çempionu olub.
İordaniyada keçirilən Asiya çempionatında Güney Azərbaycandan olan idmançı Əbülfəzl Çobani böyük uğur qazanıb.
Şərqi Azərbaycanın Miyana şəhərindən olan güləşçi 87 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq qızıl medal qazanıb.
Şərqi Azərbaycan İdman və Gənclər Baş İdarəsinin yaydığı məlumata görə, o, final görüşündə qazaxıstanlı Nurasil Amanlıya 9:0 hesabı ilə qalib gəlib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi