GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərindən olan idmançı və Kunq-fu ustası Əqil Qardaşzadə dördüncü dəfə Ginnesin rekordlar kitabına düşüb.
Əqil Qardaşzadə beş kiloluq çəki ilə yumruq vurmada ən çox zərbə vurma rekordu qıraraq amerikalı idmançını üstələyib.
5-ci Dan qara kəmər sahibi olan Qardaşzadə Kun-fu döyüş sənətində “Tua” üslubunun ustası, beynəlxalq məşqçi, hakim və Mərənd Kunq-fu federasiyasının rəhbəridir.
Qeyd edək ki, o, “Traxtur” İdman Klubunun üzvü, “Traxtur” futbol komandasının azarkeşidir.