Şənbə , Noyabr 27 2021
azfa

Azərbaycanlı kinorejissor Məhəmməd Əli Muradi beynəlxalq mükafata layiq görülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı kinorejissor Məhəmməd Əli Muradi Türkiyədə keçirilən Beynəlxalq “Qurqud Ata” Film Festivalında böyük uğur qazanıb.

Azərbaycanlı kinorejissorun çəkdiyi “Əkizlər” qısametrajlı sənədli filmi həmin festivalda ən yaxşı sənədli film mükafatına layiq görülüb.

Sənədli filmdə Urmiya gölü və Özbəkistan-Qazaxıstan sərhədində yerləşən Aral gölünün vəziyyətindən danışılır.

Qeyd edək ki, “Qurqud Ata” Festivalının məqsədi kino sənəti ilə türk ölkələri və topluluqlarında çəkilən filmlərin tamaşaçılara nümayişi, mədəni-bədii əməkdaşlıq imkanlarının artırılması, ortaq tarixi, mədəni və ictimai dəyərlərin möhkəmlənməsinə və zənginləşməsinə töhfə verməkdir.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …