Cümə axşamı , Aprel 24 2025
azfa

Azərbaycanlı kinorejissor və müstəqil jurnalist Məhəmməd Əlimuradi irqçi farslar tərəfindən təhdid edilib

GADTB: Güney Azərbaycandan olan sənədli film rejissoru və müstəqil jurnalist Məhəmməd Əlimuradi irqçi fars qruplar tərəfindən hədələnib.

Məhəmməd Əlimuradi sosial media üzərindən hədələnib: “Əgər separatçı fəaliyyətlə məşğul olsanız, bu sizə baha başa gələcək. Sizi bir gecədə məhv edəcəyik, bundan sonra sizə daha çox diqqət yetirəcəyik.”

Qeyd edək ki, azərbaycanlı jurnalist və kinorejissor Məhəmməd Əlimuradi əsasən ekoloji və sosial sahələrlə bağlı filmlər hazırlayır.

Həm molla rejimi həm də irqçi farslar tərəfindən Azərbaycanda mədəniyyət və media fəalları ciddi təzyiqlərlə qarşılaşır. Onlar həbs, təzyiq və başqa təhdidlərlə qarşılaşıb.

Video:

https://t.me/GADTB1/41002

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …