Çərşənbə , Aprel 23 2025
azfa

Azərbaycanlı körpə 63 gün hüquqi mübarizədən sonra, nəhayət doğum şəhadətnaməsi ala bilib

GADTB: Rəşt şəhərində yaşayan ərdəbilli Nemət Abbasi körpə qızı Sevgi üçün şəxsiyyət vəsiqəsini azərbaycanlı vəkil Əsgər Məhəmmədinin vasitəsilə əldə edə bilib.

Sevginin atasının sözlərinə görə, Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi uşağa adının türk adı olduğuna görə şəxsiyyət vəsiqəsi verməkdən imtina edirdi.

Sevgi’nin atası Nemət Abbasi, Balamin Adi Kampaniyasına deyib: “Qızımız dünyaya gələndə mən və həyat yoldaşım onun üçün Sevgi adını seçdik Rəşt Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi rəsmiləri bu ad “Ad Seçim Sistemi”ndə olmadığı üçün ona şəxsiyyət vəsiqəsi verməyəcəklərini açıqlayıblar. Nə qədər türk olduğumuzu və bu türk adı olduğunu desək də, qəbul etmədilər.

Biz əvvəlcə vətəndaşlıq qeydiyyatı sistemində Sevgi adlı şəxsiyyət vəsiqəsinin alınmasını tələb edərək etiraz etdik. Amma Tehranda yerləşən 7 nəfərlik ad seçim komissiyası bizim etirazımızı rədd etdi və bu türk adının qeydiyyata alınmasına qarşı çıxdı. Azərbaycanlı hüquqşünas cənab Əsgər Məhəmmədinin köməkliyi ilə biz məhkəməyə şikayət verməklə bu əsas hüququmuzu həyata keçirdik. “Rəşt Məhkəməsinin Birinci Şöbəsi bizim xeyrimizə qərar çıxardı və Vətəndaşlıq Qeydiyyatı İdarəsindən qızımıza türkcə “Sevgi” adı ilə doğum haqqında şəhadətnamə verməsini tələb etdi”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Kərim İsmailzadənin məhkəmə işi Ali Məhkəməyə göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Kərim İsmailzadənin məhkəmə …

Molla rejimi Təbrizdə qardaşlardan birinə “Elman” adına doğum haqqında şəhadətnamə versə də, digərinə “Elyar” adına doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi bir ailənin uşaqlarının birinə “Elman” …