Azərbaycanlı məhbuslara zindanlarda təzyiqlər artıb

GADTB: İran zindanlarında Güney Azərbaycanın siyasi və mədəni məhbusları hər cür basqılarla üzləşirlər.

İranın Məhkəmə-Ədliyyə rəsmiləri həbsxana rəhbərliyi ilə birlikdə güneyli məhbusları hər cür psixoloji təzyiq və fiziki işgəncələrə məruz qoyurlar.

Bu məhbusların üzləşdikləri məhrumiyyətlərdən biri də vəkillə görüşün mümkün olmamasıdır. Onlar habelə girov qoyaraq müvəqqəti azadlığa buraxılmırlar. Bununla yanaşı, onların xəstəxanaya göndərilməsi və ya xəstələndiyi halda tibbi məzuniyyətə buraxılması rədd edilir.

Misal üçün, həbsdə olan milli fəallardan Murtaza Pərvin, Kərim İsmayılzadə və Rza Şəhabi xəstəliklərinə baxmayaraq, tibbi məzuniyyətdən məhrumdurlar. Milli fəallar işgəncələr altında təkadamlıq kameralara köçürülürlər. Güneyli ekofəallar və Urmu gölünün dəstəkçiləri də saxta ittihamlarla həbsdə saxlanılırlar./ Azad İran

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …