Çərşənbə axşamı , Mart 10 2026
azfa

Azərbaycanlı media fəal molla rejimin məmurları tərəfindən həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil şəhərində yaşayan sosial media fəalı Səhər Məmizadəni həbs edərək naməlum yerə aparıblar.

Rejimin ETTELAAT qüvvələri Ərdəbil şəhərində yaşayan Səhər Məmizadəni həbs ediblər.

 Məlumata görə, rejimin qüvvələri oktyabrın 30-da Səhər Məmizadənin evinə basqın edərək onu saxlayıblar. Onun həbsinin üzərindən 8 gün keçməsinə baxmayaraq, xanım fəalın harada olması hələ də bəlli deyil.

Qeyd olunub ki, 29 yaşlı sosial media fəalının daha öncə məşhur iranlı reper Tumac Salehinin həbsinin ikinci ildönümü ilə bağlı sosial media hesabındakı paylaşıma görə həbs edildiyi ehtimal edilir.

Həmçinin yoxlayın

İsrail İranda öldürülməsi planlaşdırılan şəxslərin siyahısını yaydı

GADTB: İsrailin “Kanal 14” telekanalı hazırda İranda aradan götürülməsi planlaşdırılan şəxslərin siyahısını yayıb. Siyahıda yeni …

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …