Şənbə , Noyabr 27 2021
azfa

Azərbaycanlı millət vəkili İranın Azırbaycana qarşı müstəmləkə siyasətinə etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərindən İran məclisinə millət vəkili göndərilən Əlirza Munadi İranın Azərbaycan əyalətlərinə qarşı ayrı-seçkilik siyasətinə etiraf edib.

Monadi ölkə banklarındakı pulların 60%-nın Tehran, qalan 30%-nın isə İsfahan, Şiraz və Məşhəd şəhərlərində cəmləşdiyini deyib.

O deyib ki, yalnız 10 faiz Təbriz də daxil olmaqla başqa vilayətlərə ayrılıb.

Monadi deyib ki, Mərkəzi bankın rəisindən soruşmaq lazımdır ki, bizim vilayətin banklarına niyə pul verilmir. Yalnız bizim qızıl və mis ehtiyatlarımızı talayıb, əvəzində zəhərli sianor yayırlar ətraf mühitə. Urmiya gölünün bərpasına pul ayrılmır, bütün imkanlar İsfahana verilir.

O, elektrik enerjisi sahəsində də Azərbaycan əyalətlərinə qarşı ayrı-seçkilik edildiyini dilə gətirərək deyib ki, İsfahan əyalətinə elektrik enerjisindən ayrılan pay 7 MVt olduğu halda, Şərqi Azərbaycan, Zəngan və Ərdəbil əyalətləri 4 MVt elektrik enerjisi əldə edə bilirlər.

Təbrizdən İran məclisinə seçilmiş Əhməd Əlirzabeygi isə “müəyyən siyasi dairələrin Təbrizin inkişafına mane olduğunu” etiraf edib.

Əhməd Əlirzabeygi isə Azərbaycan əyalətlərinə qarşı olan ayrıseçkiliklərin sistematik olduğunu qeyd edib və xüsusi siyasi dairələrin Təbrizin inkişafına mane olduğunu “Təbriz böyük bir kənddir” düşüncəsinə xidmət etdiyini bildirib.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …