Çərşənbə , Oktyabr 9 2024
azfa

Azərbaycanlı millət vəkilindən İranın Qarabağda işğalçı ermənilərə yardımına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisin sədr müavini Adil Əliyev İranın Dağlıq Qarabağda işğalçı ermənilərə yardımına etiraz edərək deyib: “İrana məxsus yük maşınlarının Dağlıq Qarabağda hərəkətini əks etdirən görüntülərin yayınlanması hamı kimi məni də narahat etdi. Azərbaycan Ermənistanı çıxmaq şərtilə bütün qonşuları ilə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır.

A.Əliyevin sözlərinə görə son illərdə Azərbaycanla İran arasında da tərəfdaşlıq və əməkdaşlıq inkişaf edib, ortaq layihələr icra edilir: “Cənubi Qafqaz ölkələri arasında İranın əsas iqtisadi və ticarət tərəfdaşı məhz Azərbaycandır. Digər tərəfdən koronavirusun yayıldığı bu ağır günlərdə Azərbaycan İrana dəstəyini əsirgəmir. Bunu iranlı rəsmilərin və diplomatların özləri də dönə-dönə vurğulayırlar. Bu baxımdan aprelin 15-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun iranlı həmkarı ilə telefon danışığında qeyd edilənlərin vacib olduğunu düşünürəm. Xələf Xələfov yüksək səviyyədə olan Azərbaycan-İran əlaqələrini qorumaq üçün ölkəmizin səylərini əsirgəmədiyini bir daha bildirərək, pandemiya dövründə sərhədlərimizin bağlı olmasına baxmayaraq, ölkələrimiz arasında tranzit daşımalarını və ticarət əlaqələrini qoruduğunu bildirdi. Ancaq nazir müavini eyni zamanda onu da haqlı olaraq qeyd etdi ki, son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülər Azərbaycan hökumətinin ciddi narahatlığına və ictimaiyyətin dərin narazılığına səbəb olub və belə halların baş verməsinin işğalçı Ermənistana dəstəyə və münaqişənin şiddətlənməsinə xidmət etdiyi vurğulanıb. İran tərəfi görüntülərin həqiqəti əks etdirmədiyini bildirir. İranın xarici işlər nazirinin müavini telefon danışığında qeyd etdi ki, Azərbaycanla münasibətlərə önəm verirlər, dost və qardaş münasibətlərin davam etdiriləcəyini bildirirlər. Biz də bunda maraqlıyıq. Onu da bildirirlər ki, İran pandemiya ilə mübarizədə Azərbaycan hökumətinin etdiyi yardıma və pandemiya dövründə ölkə sərhədlərinin tranzit və yük daşımalar üçün açıq saxladığına görə təşəkkürünü bildirir”.

A.Əliyev xatırladıb ki, həqiqətən Azərbaycan İrana bu ağır günündə 5 milyon dollar vəsait yardım edib: “Azərbaycan dostlarına hər zaman yardım əli uzatmağa hazırdır. Ona görə də inanmaq istərdik ki, İran yayılan görüntülərə diqqətlə yanaşacaq, araşdırma aparacaq və işğal altındakı torpaqlarımızda erməni separatçılarıyla əlaqə yaradanların kimliyini müəyyənləşdirərək təxribatçıların qarşısını alacaq. Bunu müəyyənləşdirmək elə də çətin məsələ olmamalıdır. Yayılan görüntülərdə yük maşınların nomrələri var. Demək, həmin maşınların kimlərə və ya hansı şirkətlərə məxsus olduğunu müəyyələnləşdirmək və cəzalandırmaq mümkündür. Bu həm də ona görə vacibdir ki, gələcəkdə oxşar hallar baş verməsin”.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …

Bir cavab yazın