Çərşənbə axşamı , İyul 8 2025
azfa

Azərbaycanlı milli fəal Əli Rəzizadə Nadarlının girov qarşılığında azadlığa buraxılmasına icazə verilmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal Əli Rəzizadə Nadarlıənin girov qarşılığında sərbəst buraxılmasına icazə verilməyib.

Məhbusun qanunla nəzərdə tutulmuş hüququndan istifadə etməsinə rejimin ETTELAAT qurumlarının əngəl törətdiyi bildirilir.

Əli Rəzizadə 29 oktyabr 2023-cü ildə həbs cəzasını çəkmək üçün Evbin zindanına həbsə salınıb.

Molla rejimi azərbaycanlı fəalı şərləyərək, onu “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edib.

Əli Rəzizadə Nadarlıya qarşı irəli sürülən ittihamnamədə bildirilib ki, fəal instaqramda etnik və pantürkist düşüncələri təbliğ edib və videolar yayaraq qanunsuz GAMAC təşkilatını, separatçı düşüncələri, Abbas Lisani, Lətif Həsəni, İbrahim Nuri və başqalarını dəstəkləyib.

Bu ittihamlara görə, Tehranın Apellyasiya Məhkəməsinin 36-cı bölməsi milli fəalın barəsində çıxarılan 3 illik həbs cəzasını təsdiq edib, cəzanın 1 ilinin çəkilməsinə, 2 ilinin isə 5 il müddətinə təxirə salınmasına qərar verilib.

Bununla yanaşı,  həbsdən buraxıldıqdan sonra daha iki il müddətinə siyasi, ictimai qurumlarda üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Tehranda yaşayan milli fəal Əli Rəzizadə Nadarlı oktyabrın 29-da bir illik həbs cəzasını çəkmək üçün azərbaycanlı milli fəalların müşayiəti ilə Evin zindanına yollanıb və həbsxananın karantin bölməsinə köçürülmüşdü.

Həmçinin yoxlayın

PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq

GADTB: İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək. Bu barədə …

Azərbaycanlı körpə Hayal adına görə 68 gündür doğum haqqında şəhadətnamədən məhrumdur

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi “Hayal” adlı azərbaycanlı körpəyə doğum haqqında …