Azərbaycanlı milli fəal Əlirza Fərşi prokurorluğa çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalı, keçmiş siyasi məhbus Əlirza Fərşi prokurorluğa çağırılıb.

 Əlirza Fərşi bu gün barəsində irəli sürülən ittihamlarla bağlı özünü müdafiə etmək üçün 5 gün ərzində Şərqi Azərbaycan əyalətinin Mərənddə rejimin İnqilab Prokurorluğuna çağırılıb.

Azərbaycanlı fəal Əlirza Fərşi bununla bağlı İranın Məhkəmə-Ədliyyə Hakimiyyətinin elektron sistemi vasitəsilə çağırış alıb.

Milli fəal yenidən şərlənərək, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da ittiham edilib.

Bildirilib ki, milli fəal eyni ittihamla ilk dəfə Tehrandakı Baharıstan Prokurorluğuna çağırılıb. Ancaq fevralın 4-də Əlirza Fərşi bu çağırışa etiraz edib.

Qeyd edək ki, azərbaycanlı milli fəal 4 illik həbs cəzasının 3 il 3 ayını çəkdikdən sonra 2023-cü il fevralın 8-də Evin həbsxanasından müvəqqəti azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …