Cümə axşamı , May 15 2025
azfa

Azərbaycanlı milli fəal aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı milli fəal – Ayaz Seyfxah aclıq aksiyasına başlayıb.

4 aydır qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılan fəal İran  ETTELAAT-ı və prokurorluğun barəsindəki qanunsuz hərəkətlərinə və məhbuslara göstərdikləri təzyiqlərinə etiraz olaraq iyunun 14-də aclıq aksiyası başladıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 3 mili məhbus, qeyri-müəyyən şərayitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıblar.

Məhbuslar barələrində irəli sürülən ittihamlarla razılaşmadıqlarını, məhkəmə iclaslarının açıq keçirilməsini tələb edirlər.

Onlar istəkləri yerinə yetirilməyəcəyi təqdirdə quru aclıq aksiyasına başlayacaqları barədə xəbərdarlıq ediblər.

İrəli sürülən tələblərin təmin olunmadığı, məhkəmə iclaslarının açıq keçirilməsinə icazə verilməyəcəyi halda, başqa milli məhbuslarında aclıq aksiyasına başlayacaqları gözlənilir.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …