Bazar ertəsi , İyun 17 2024
azfa

Azərbaycanlı milli fəal Cəfər İsmayılzadə girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli fəal və idman ustası Cəfər İsmayılzadə 250 milyon tümən girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Azərbaycanlı milli fəal şərlənərək Ehsan Qəzalinin sədrliyi ilə Dövlət və İnqilab Prokurorluğunun 25-ci şöbəsində “Hökumət əleyhinə təbliat aparmaq və ölkənin milli təhlükəsizliyini pozmaq üçün xalqı qırğına təhrik etmək”də  ittiham edilib.

Qeyd edək ki, iyunun 7-də Təbrizdə azərbaycanlı milli-mədəni fəal Cəfər İsmayılzadə İranın terrorçu Sepah təşkilatının məmurları tərəfindən öz evinin qarşısında yaxalanmışdı.

İran rejiminin terrorçu Sepah qüvvələri milli fəalın evində axtarış aparıb, ona məxsus yaddaş kartlarını və oğlu Miladın (Atilla) mobil telefonunu da özləri ilə götürmüşdülər.

Bundan əvvəl isə Cəfər İsmayılzadə və oğlu dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalmışdılar.

2020-ci ilin iyun ayında İsmayılzadə və oğlu Milad Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat fəaliyyəti”ndə ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz zindanına salınmışdılar.

Cəfər İsmayılzadə Kikboks üzrə hakim və müəllim, oğlu isə bu idman növü üzrə İran birincisi olmaqla yanaşı, beynəlxalq yarışlarda medallar qazanıb.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …