Bazar ertəsi , Fevral 9 2026
azfa

Azərbaycanlı milli fəal Davud Şiri müvəqqəti sərbəst buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 8-də Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Davud Şiri girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Həmin azərbaycanlı fəal bir neçə başqa milli fəalla birlikdə mayın 18-də təhlükəsizlik orqanları tərəfindən saxlanılmışdı.

Hələlik fəalın nədə ittiham olunduğu barədə açıqlama verilməyib.

Qeyd edək ki, Davud Şiri 19 may 2022-ci ildə qardaşı Əyyub Şiri ilə birgə həbs edilib və 2 iyul tarixində 400 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün dəfələrlə saxlanılaraq dindiriliblər.

Həmçinin yoxlayın

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …

SEPAH-a bağlı müəllim Azərbaycan Ordusunun Güney Azərbaycana hücum edəcəyini iddia edir

GADTB: SEPAH-la bağlı universitet müəllimi bu dəfə Güney Azərbaycanı hədəf aldı və etirazlar davam edərsə, …