
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimin milli-mədəni fəaliyyətlərinə görə şərləyib həbs etdiyi azərbaycanlı milli fəal həbs cəzasını çəkərək azadlığa buraxılıb.
Əhər şəhər zindanında həbsdə saxlanılan azərbaycanlı milli fəal Saleh Mollaabbasi dünən həbs cəzasını başa vurduqdan sonra azadlığa buraxılıb.
Məlumata görə, azərbaycanlı milli fəal 2023-cü il dekabrın 4-də “ictimai düşüncəni çaşdırmaq məqsədi ilə sosial şəbəkələrdə yalan məlumatlar yaymaq”da ittiham edilərək 3 ay 1 gün həbs cəzasına məhkum edilmişdi.