Bazar , Sentyabr 19 2021
azfa

Azərbaycanlı milli fəal Kiyanuş Aslani ana dilinə uğrunda həbs cəzasını çəkib azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dilinə görə həbs etdiyi azərbaycanlı milli fəal Kiyanuş Aslani 2 il 7 ay həbs cəzası çəkdikdən sonar azadlığa çıxıb.

Azərbaycanlı milli fəal sentyabrın 13-də Tehranın “Evin” zindanından azadlığa çıxıb.

Kiyanuş Aslaninin Ali Məhkəmədən məhkəmə işinə yenidən baxılmasını tələb etdikdən sonra onun azad edilməsi barədə qərar çıxarılıb. Məhkəmənin 34-cü bölməsi onun barəsində çıxarılan qərar ləğv edib və iş hakim “Babai”nin başçılıq etdiyi Apellyasiya Məhkəməsinin 54-cü bölməsinə göndərildikdən sonra milli fəalın 5 illik həbs cəzası 2 ilə endirilib.

Azərbaycanlı milli fəalın həbs müddətinin 5 ildən 2 ilə endirilməsinə baxmayaraq o, əlavə 7 ay həbsdə qalıb.

Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani, Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda poster payladıqları üçün irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhid Əmir Əminiyə “Sistem əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Fəallar brilikdə 12 il yarım azadlıqdan məhrum edilmişdi.

Tövhid Əmir Əmini 7.5 il, Kiyanuş Aslani isə 5 il həbsə məhkum edilmişdi.

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilmişdi.

Həmçinin yoxlayın

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …

Ermənistana yardım edən İran Araz qırağına qoşun yeridərək hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Ermənistana hərbi yardım edən İran Araz …