Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycanlı milli fəal Mehdi Əmirinəjad Qasımi azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinin aznews-a istinadən yaydığı məlumata görə, azərbaycanlı milli-mədəni fəal Mehdi Əmirinəjad Qasımi rejimin Təbrizdəki zindanından azadlığa çıxıb.

Məlumata görə, Mehdi Əmirinəjad Qasımi 15 ay həbs cəzasından sonra sərbəst buraxılıb. O, 2016-ci ildə başqa milli fəallar ilə birlikdə həbs olunub. Onunla birgə Həbib Sasanian (Yakamoz), İsmayıl Fəximi, Həmid Səqəti, Babək Avənd və Sərhəng Əli Rzai də saxlanılmışdı. Şərqi Azərbaycan əyalətinin o zamankı prokuroru Heşmətullah Müzəffəri müsahibəsində milli fəalların Qarabağda azərbaycanlılara qarşı erməni cinayəti haqqında milləti maarifləndirdiyi üçün saxlanıldığını bildirib. Onlar Aprel savaşında Azərbaycana yardım məqsədi ilə GAMU qrupunun yaratmaq və casusluğa addım atmaqda günahlandırılıb. Mehdi Əmiri Nəjad Qasımi digər 6 milli fəalla birlikdə Şərqi Azərbaycan əyalətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Qasemi 3 ay istintaqdan sonra 500 milyon tümən girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasının 12-ci şöbəsindən müvəqqəti azad edildi. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi, onu iki il təziri həbsə məhkum etdi və bu hökm Apellyasiya Məhkəməsinin 26-cı şöbəsində təsdiqləndi və o, Güney Azərbaycan Milli Ordusu Qrupuna müavin və üzv olmaq ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edildi.

Mehdi Əmirinəjad Qasımi 2019-cu ildə təhlükəsizlik qüvvələri tərəfindən yenidən çağrılaraq, həbsini davam etdirmək üçün Təbriz Həbsxanasına köçürüldü. Nəhayət, bu milli fəal 2020ci ildə 30 mart tarixli ümumi əfvdə azadlığa buraxıldı.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın