Şənbə , May 25 2024
azfa

Azərbaycanlı milli fəal Murtaza Pərvinin həbs müddəti uzadıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Tehranın Evin zindanında həbsdə saxladığı rəssam və azərbaycanlı milli fəal Murtaza Pərvinin müvəqqəti həbs müddəti bir ay daha uzadıb.

Məlumata görə, azərbaycanlı milli fəalın həbsinin uzadılması qərarı Tehranın İnqilab Prokurorluğunun 5-ci istintaq bölməsinin müstəntiqi Nasir Cəlayir Sərnəqi tərəfindən verilib.

Fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli fəal Murtaza Pərvin fevralın 11-də Evin həbsxanasının təcridxanasına köçürülüb.

Molla rejimin həbs edib Evin zindanına köçürdüyü bir neçə başqa azərbaycanlı fəalın da həbs müddətlərinin uzadılması güman edilir.

Qeyd edək ki, Evin zindanında saxlanılan azərbaycanlı milli fəallar Səid Camalzadə, Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Tahir Nəqəvi, Kərəm Mərdanənin isə həbs müddətləri artıq üçüncü aya qədəm qoyub.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun sayın Ersin Tatarı qarşılama mərasimində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Quzey Qıbrıs Türk Cumhuriyyətinin Cumhurbaşqanı sayın …

Sayın Mikayil bəy Oytadan Quzey Qıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı sayın Ərsin Tatara məktub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …