Cümə axşamı , İyul 10 2025
azfa

Azərbaycanlı milli fəal Musa Ziya Gərgəri zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli- mədəni fəal Musa Ziya Gərgəri 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal cari ilin sentyabr ayının 16-də Sulduzda öz mənzilində həbs edilmişdi.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri Musa Ziya Gərgərini həbs etdikdən sonra, evində axtarış aparmış, onun mobil telefonu və şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparmışdılar.

Məmurlar daha sonra fəalın iş yerində də təftiş apararaq, onun komputerini müsadirə etmişdilər.

Musa Ziya Gərgəri oktyabrın 5-də isə Marağa zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Britaniya Türkiyəyə “Tayfun” qırıcıları rəsmən təklif etdi

GADTB: Britaniya Türkiyəyə 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) çoxməqsədli döyüş qırıcılarını satmağı rəsmi olaraq təklif …

Azərbaycandan İran səfirinə Xankəndi Zirvə görüşü ilə bağlı cavab

GADTB: İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində …

Bir cavab yazın