
GADTB: Azərbaycanlı milli-mədəni fəal Peyman Ebrahimi Təbriz zindanından müvəqqəti olaraq azad edildikdən sonra Təbrizdə rejimin Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsindən yeni çağırış vərəqəsi alıb.
Verilən bu bildirişdə əsasən Peyman İbrahimi 5 gün ərzində yeni ittihamları ilə bağlı izahat vermək üçün prokurorluğa müraciət etməsi istənilib. Bildirişin mətnində deyilir ki, ittiham “ictimai ədəb-ərkanı pozan və sistem əleyhinə təbliğat aparan foto və materialların dərc edilməsidir”.
Yayımlanan məlumatlara görə, Peyman İbrahimi 500 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxıldıqdan sonra uyğun olmayan fiziki vəziyyətdə idi və ağır zəiflik, danışa bilməmə və ürək döyüntüsü (təxminən 45) səbəbindən dərhal xəstəxanaya köçürüldü.
Onun fiziki vəziyyəti hələ tam bərpa olunmayıb, müalicə prosesi davam edərkən yeni bildiriş verilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi