Çərşənbə axşamı , Noyabr 30 2021
azfa

Azərbaycanlı milli fəal Şahin Bərzgər məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli fəal Şahin Bərzgəri məhkəməyə çağırıb.

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə Şahin Bərzgərin noyabrın 1-də rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsində olması tələb edilib.

Qeyd edək ki, yayda Təbrizdə keçirilən etirazlar zamanı rejimin məmurları tərəfindən yaxalanmışdı.

Şahin Bərzgər həmçinin 2019-cu ilin noyabbr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda başqa milli fəallarla birlikdə Təbrizdə yaxalanmışdı.

Azərbaycanlı fəal Azərbaycan türk millətinin hüquqları uğrunda mübarizə apardığı üçün dəfələrlə həbs və təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zorakılıq edən ETTELAAT məmurunun  cəzadan azad edilməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindanda onu döyən …

Rus mediası Türk PUA-larının Rusiya üçün təhlükəli olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın aldığı türk PUA-larını izləyən Rusiya mətbuatı hər …