Çərşənbə axşamı , İyun 25 2024
azfa

Azərbaycanlı milli fəal Şahin Bərzgər Təbrizdə məhkəməyə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri məhkəməyə çağırdı.

Bununla bağlı azərbaycanlı fəala rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğu tərəfindən məhkəmənin elektron sistemi vasitəsilə bildiriş göndərilib.

Bildirişə görə Şahin Bərzgər rejimin Təbrizdəki Ümumi və İnqilab prokurorluğunun 15-ci şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, irqçi fars rejimin məmurları iyulun 13-ü günorta saatlarında azərbaycanlı milli fəal Şahin Bərzgərin evinə hücum çəkərək, onu həbs etmək istəmişdilər.

Fəalın evdə olmadığını görən rejimin qüvvələri evin qapısını zorla qırıb mənzilə daxil olaraq, fəalın qardaşı və bacısını vəhşicəsinə döymüşdülər

Şahin Bərzgər bundan öncə də Azərbaycan uğrunda milli-mədəni fəaliyyətlərinə görə rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və rejim tərəfindən müxtəlif basqılara məruz qalıb. Azərbaycanlı milli fəalların Urmiya gölünün acınacaqlı vəziyyətinə və İran rejiminin gölü bilərəkdən qurutmaq siyasətinə etiraz etmək üçün şənbə günü aksiya çağırışından sonra, rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı fəallara qarşı repressiyaya başlayıblar

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …