Şənbə , Dekabr 7 2024
azfa

Azərbaycanlı milli fəal və vəkil aclıq aksiyasına başlayıb

GADTB: molla rejimin Tehranın Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq aksiyasına başlayıb.

Nəqəvi bu addımı həbsxana nəzarətçisinin ona qarşı haqsızlığı, basqı və hədələrindən sonra atıb.

Azərbaycanlı milli fəalın ailəsinin verdiyi məlumata görə, bu gün Nəqəvi həbsxanada həkimə müraciət edərkən daha öncə onu döyən nəzarətçilərdən biri ilə aralarında qarşıdurma yaranıb.

Münaqişəni həmin nəzarətçi başladıb və Nəqəvini hədələyib. Hadisədən sonra Nəqəvi bu təzyiq və təhdidlərə etiraz olaraq aclıq aksiyasına başlayıb və həbsxana rəhbərliyinə şikayət ərizəsi göndərib.

Həmçinin yoxlayın

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək

GADTB: Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının …

Molla rejimin məmurları təbrizli yeniyetmənin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsinin əməkdaşları Təbrizdə 17 …