Cümə , Noyabr 8 2024
azfa

Azərbaycanlı milli fəal Vədud Əsədinin apellyasiya məhkəməsi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu yaxınlarda molla rejimin Tehrandakı məhkəməsi yenidən həbsə məhkum etdiyi azərbaycanlı fəal Vədud Əsədinin apellyasiya məhkəməsi keçirilib.

Apellyasiya isə Rəştdəki rejimin məhkəməsibnin fəalla bağlı çıxardığı qərarla bağlı olub.

Oktyabrın 27-i Rəşt İnqilab Məhkəməsinin üçüncü şöbəsində Azərbaycanlı milli fəal Vədud Əsədinin apellyasiya məhkəməsi keçirilib.

Bu ilin sentyabrında məhkəmə Əsədini “rejim əleyhinə təbliğat aparmaq”, “düşmən qruplara üzv olmaq” və “Xameneyini təhqir etmək” ittihamları ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Bu yaxınlarda Əsədi habelə başqa bir cinayətə görə 4 il həbs cəzasına məhkum edilmişdi. Bu iş üzrə məhkəmə iclası isə bu ilin iyununda baş tutub.

Həmçinin yoxlayın

Türkiyə: Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı inkişafı yaxından izləyirik

Türkiyə Milli Müdafiə Nazirliyindən mənbələr Fransanın Kipr Respublikasına (Yunqn Kipri – red. ) silah satacağına …

Molla rejimi azərbaycanlı vəkillər və hüquq müdafiəçilərinə qarşı təzyiqləri artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərak zindanından Evin həbsxanasına sürgün edilən azərbaycanlı vəkil …