Cümə axşamı , Dekabr 2 2021
azfa

Azərbaycanlı milli fəal Vəhid Əbhəri barəsində məhkəmə qərarı çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının yaxaladığı azərbaycanlı milli-mədəni fəallar Vəhid Əbhəri barəsində sentyabrın 15-də məhkəmə qərarı çıxarılıb.

Rejimin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsinin prokuroru Hadi Şəhabi Təbrizdən olan azərbaycanlı milli-mədəni fəalı şərləyərək “Sistemə qarşı təbliğat” və “Kommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək”də ittiham edib.

Sonradan azərbaycanlı fəala qarşı irəli sürülmüş “Sistemə qarşı təbliğat” ittihamı yetərli fakt və süburların olmadığı üçün ləğv edilib.

“Kommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa və zorakı hərəkətlərə dəvət etmək” ittihamına görə isə azərbaycanlı fəalın yenidən məhkəməyə çıxarılması barədə qərar verilib

Qeyd edək ki, azərbaycanlı fəal Vəhid Əbhəri iyulun 22-də rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq 11 avqusta kimi ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra Təbriz zindanına köçürülüb.

Azərbaycanlı fəal 14 avqustda girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Vəhid Əbhəri 2016-cı ildə də mədəni fəaliyyətlərinə görə rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq, 5 gün sonra sərbəst buraxılmışdı.

O, 2017 və 2019-cu illərdə də Babək Qalası Qurultayı və mərhum milli fəal Qulamrza Amaninin anım günün mərasimlərinə qatıldığı üçün həbs olunmuşdu.

Vəhid Əbhəri eləcə də 2019-cu ilin noyabr ayında yanacağın qiymətinin bahalaşmasına qarşı etiraz mitinqlərində və 2020-ci ildə II Qarabağ müharibəsi dövründə İranın Ermənistana yardımlarına etiraz aksiyalarında iştirak etdiyi üçün yaxalanmışdı.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …