Azərbaycanlı milli fəal Yaşar Piri vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Yaşar Piri 200 milyon tümənli girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Yaşar Piri özünün sosial şəbəkə səhifəsində bununla bağlı yazıb: “Qardaşımın məhkəmə işi ilə bağlı tanımadığım bir şəxsə 30 saniyəlik zəng etdiyim üçün məni “məhkəmə orqanı işçilərinə təsir etmək” ittihamına görə yaxalayıblar. Həmin şəxs prokurorluqda dediyim məsələni olduğu kimi dedikdən sonra məni 200 milyon tümən girov qarşılığında zaminə buraxıblar”.

Yaşar Piri ilə eyni gündə yaxalanan azərbaycanlı fəal Siyavuş Əlizadənin yaxınlarının verdiyi məlumata görə, həmin fəal da, 300 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəallar Yaşar Piri və Siyavuş Əlizadə avqustun 17-də Təbriz ETTELAAT İdarəsinin 37-ci otağına çağırıldıqdan sonra həbs edilmişdilər.

İran rejiminin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsində fəallara qarşı ittiham irəli sürüldükdən sonra onlar rejimin Təbrizdəki zindanına köçürülmüşdülər.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …