Cümə , Dekabr 6 2024
azfa

Azərbaycanlı milli fəalın məhkəmə dosyesi Marağa prokurorluğuna göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Marağa bölgəsində ekoloji fəlakətə səbəb olan “Kave Soda” fabrikinin azərbaycanlı mili fəal Səid Minaiyə qarşı şikayəti ilə bağlı məhkəmə işi Marağa prokurorluğuna göndərilib.

Səid Minai bu barədə sosial media hesabında paylaşım edərək yazıb: “Dünən mənə məhkəmədən elektron bildiriş göndərilib. Millətin hüquqlarını tələb etdiyim və müdafiə etdiyim üçün Marağa İnqilab Məhkəməsinin 15-ci bölməsi mənə 5 il həbs cəzası vermək istəyir”.

Qeyd edək ki, “Kave Soda” fabriki Güney Azərbaycanın ekologiyasına ciddi zərbə vuran zavodlardan biri hesab olunur. Bununla bağlı Səid Minai dəfələrlə məlumat paylaşaraq məsələni ictimailəşdirməyə çalışıb.

Həmçinin yoxlayın

Suriyada müxaliflər Həmanı azad etdi

GADTB: “Heyət Təhrir əş-Şam” qruplaşmasının üzvləri Suriyanın Həma şəhərinə daxil olduqlarını açıqlayıblar. Əsəd rejiminə məxsus …

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …