Cümə axşamı , Dekabr 2 2021
azfa

Azərbaycanlı milli fəall Yusif Sələhşur və Əmir Səttari məhkəməyə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar Yusif Sələhşur  və Əmir Səttari rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsinin elektron sistemi vasitəsilə göndərilən bildirişə əsasən onların sıra ilə oktyabrın 27-də və 30-da məhkəmədə olması istənilib.

Azərbaycanlı fəallar “kiber məkanda kommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək”də ittiham olunub.

Hadi Şəhabinin sədrliyi ilə keçirilən son məhkəmə iclasında Yusif Sələhşura qarşı  “hökumətə qarşı təbliğat” və “səs-küy salmaq cə qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq” ittihamları irəli sürülmüşdü.

Yusif Sələhşur iyulun 25-də rejimin məmurları tərəfindən Təbrizdə yacalanıb. O, dindirilmə prosesi bitdikdən sonra 11 avqustda rejimin Təbrizdəki zindanına köçürülüb və 14 avqustda girov qarşılığında zaminə buraxılıb. Əmir Səttari isə sentyabrın 22-də yaxalanıb və dindiriləndən bir müddət sonra zaminə buraxıllmışdı.

Qeyd edək ki, azərbaycanlı fəallar Təbrizdə etirazlarla bağlı irqçi fars rejimin məmurları tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …