Şənbə , Noyabr 27 2021
azfa

Azərbaycanlı milli fəallardan İran rejiminin Güney Azərbaycanda ətraf mühitə və abidələrə vurduğu ziyanlara etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanda İran rejiminin ətraf muhitə və tarixi abidələrə vurduğu zərərlərə şüarlar yazmaqla etiraz ediblər.

Azərbaycanlı fəallar bu məqsədlə Ərdəbil şəhərinin mərkəzi küçələrindən birində simvolik qrafitti həkk ediblər.

Fəalların divar yazısında “Savalanın yamacından tutmuş Şeyx Səfi Kompleksinə qədər məhv edilir” məzmunlu şuar və dağla kompleksin şəkilləri öz əksini tapıb.

Qeyd edək ki, İran rejiminin Meşkinşəhrdən (Xiyav) Sərdavaya, oradan da Səreyinə çəkmək istədiyi və “qızıl kəmər” adı ilə məşhur olan yolun tikintisi zamanı bölgənin təbiəti və ətraf mühitinə ciddi ziyan dəyəcəyi bildirilir. Yolun tikintisində yolun üzərində yerləşən yaşıllıq, bulaqlar, isti sular və s. təbiət incilərinin tamamilə məhv ediləcəyi bildirilir.

Yolun üzərində yerləşdiyindən ilk dağıdılacaq yer üstü açıq “Yeddi bölük” isti suyu olacaq. Bu tikintilər Savalandağınının da ətraf mühitinə ciddi ziyan vura bilər.

Həmçinin Şeyx Səfi Kompleksi ətrafında bir neçə mərtəbəlik yaşayış və ticarət binalarının tikilməsi də mədəni və milli fəalların etirazına səbəb olub. Kompleksin ətrafında aparılan tikinti onun “UNESCO”nun ümumdünya mədəni irs siyahısından çıxarılmasına səbəb ola bilər.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …